Rusiyada qəzaya düşən azərbaycanlı öldü

Rusiyada qəzaya düşən azərbaycanlı öldü
  20 İyul 2014    Oxunub:1561
Rusiyanın Stavropol diyarında ötən gün mikroavtobusun qəzaya uğraması nəticəsində yaralanmış Azərbaycan vətəndaşı, İmişli rayon sakini, 25 yaşlı Qurbanova Urbiyyə Zülfüqar qızı ölüb.
Bu barədə Apa-nın Rusiya bürosuna Ümumrusiya Azərbaycan Konqresinin Stavropol diyarı üzr regional bölməsinin rəhbəri Fəxrəddin Yarıyev məlumat verib.

F. Yarıyevin sözlərinə görə, U. Qurbanova çoxlu qan itirdiyindən bu gün xəstəxanada dünyasını dəyişib. Digər yaralıların vəziyyəti stabildir.

Qeyd edək ki, hadisə Georgiyevsk rayonunun Obilnoye kəndi yaxınlığında, Koçubey-Zelenokumsk-Mineralnıye Vodı yolunda baş verib. Qəza nəticəsində Azərbaycan vətəndaşları Əliquliyev Sərəddin Amir oğlu, Rüstəmli Əsədulla Bəhlul oğlu, İbadlı Xamir Ehtiram oğlu və Abışov Rəis Baloğlan oğlu xəsarət alıblar.


Teqlər:  





Xəbər lenti