Bakıdan ilk dəfə avtoralli keçəcək

Bakıdan ilk dəfə avtoralli keçəcək
  20 İyul 2014    Oxunub:842
Dünyada ən böyük xeyriyyə avtorallisi ilk dəfə olaraq bu il Bakıdan da keçəcəkdir.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, avtoralli iyulun 20-də Londonda start götürür. Tədbirin iştirakçıları şəhər avtomobillərində Londondan Monqolustanın paytaxtı Ulan-Batoradək məsafə qət edəcəklər.

Bu marşrutda Bakı məcburi dayanacaq məntəqələri siyahısına daxil edilib. İştirakçıların iyulun 29-da Bakıya gələcəkləri gözlənilir.

Avtoyürüşdə iştirak etmək üçün komandalar xeyriyyə məqsədlərinə 1000 avro yönəltməli və marşrutu yalnız adi avtomobillərdə qət etməlidirlər.


Teqlər:





Xəbər lenti