Moskvada azərbaycanlı jurnalistlər güllələndi: ölən var

Moskvada azərbaycanlı jurnalistlər güllələndi: ölən var
  20 İyul 2014    Oxunub:979
Rusiya paytaxtında azərbaycanlı jurnalistlər güllələniblər
AzVision.az-ın APA-nın Moskva müxbirinə istinadən verdiyi məlumata görə, hadisə bü gün paytaxtın Şimal-şərq dairəsində, Malıgina küçəsi 20 ünvanında yerləşən "Vstreça" kafesində baş verib.

Belə ki, üç nəfər arasında mübahisə yaşanıb. Nəticədə, onlardan biri tapança ilə digər iki nəfərə atəş açıb. Atəş nəticəsində bir nəfə ölüb, bir nəfər isə əlindən və çiynindən yaralanıb.

Ölən şəxsin F. Hüseynov olduğu və onun Novqorod vilayətində "Diaspor" qəzetində çalışdığı bildirilib. Yaralanan 57 yaşlı M. Bəşərovun da həmin qəzetdə jurnalist olaraq fəaliyyət göstərdiyi məlum olub.

M. Bəşərov xəstəxanaya yerləşdirilib. Onların hər ikisinin Moskvaya Azərbaycan xalq festivalına ezamiyyətə gəldiyi bildirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Azərbaycanlı jurnalistlərə atəş açan şəxsin axtarışları davam etdirilir.


Teqlər:





Xəbər lenti