Masallıda yanğın hadisəsi baş verib

Masallıda yanğın hadisəsi baş verib
  20 İyul 2014    Oxunub:1393
Masallı rayonu, Təzə Alvadı kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan taxta konstruksiyalardan ibarət ərzaq mağazasının yanar konstruksiyaları 45 kv.m sahədə, içərisində olan mallar, 4 ədəd soyuducu və kondinsioner yanıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, mağazanın qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın saat 06:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:





Xəbər lenti