Xalq artisti: `Onunla vidalaşmağa hamı gəlmişdi`

`Yaxşı ki, mərhumun dostluq etdiyi insanların demək olar ki, hamısı vida mərasiminə gəlmişdilər. Orta məktəbdəb dostluq etdiyi Cabir də, tələbəlik illərinin yoldaşı dostu Elxan Quliyev də, teatrımızın direktoru Mübariz Həmidovda, aktyorlardan Almaz Mustafayeva, Elnur Kərimov, İlham Əsədov da çox üzüntülü bir vəziyyətdə Sabirabbada toplaşmışdılar. Məzarın ətrafı yerli çəkiliş qrupları və Sabirabbadın ziyalıları ilə dolu idi.Sənətkərın qəbri üstündə natiqlər onun ali insani keyfiyyətləri haqqında nitqlər söyləyib, ruhuna dualar oxudular. Mən də əminliklə bildirdimki, bu Orucluq ayında dəyərli dostumuzun məkanı yalnız və yalnız cənnət olacaq. Allah rəhmət eləsin`.
Mirvari Nəcəf