Gəncə sakinlərinə xoş xəbər

Gəncə sakinlərinə xoş xəbər
  20 İyul 2014    Oxunub:1016
Cari ildə Gəncədə 10 min abonentin telefon xəttinin optik kabellə əvəzlənməsi prosesinə başlanılacaq.
Gəncə Şəhər Telekommunikasiya İdarəsindən verilən məlumata görə, bu proses şəhərin bütün ərazilərini əhatə edəcək. Nəticədə danışıq zamanı fasilələrə, internetin sürətinin zəifləməsinə son qoyulacaq. Proses mərhələli şəkildə və tərtib edilmiş qrafik əsasında aparılacaq.

Hazırda telekommunikasiya idarəsi 56 min abonentə xidmət göstərir.

Digər 46 min abonentə optik kabelin cəkilişi isə növbəti illərdə həyata keçiriləcək.


Teqlər:





Xəbər lenti