Nabranda hadisə: 21 yaşlı gənc batdı

Nabranda hadisə: 21 yaşlı gənc batdı
  21 İyul 2014    Oxunub:1072
Xaçmaz rayonunda dənizdə, ən yaxın xilasetmə məntəqəsindən təxminən 1 km aralıda, nəzarət olunmayan ərazidə 1993-cü il təvəllüdlü Qənbərzadə Təbriz Etibar oğlu batıb.
AzVision.az xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

T.Qənbərzadənin cəsədi “Nabran” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Teqlər:  





Xəbər lenti