TQDK apelyasiya komissiyası yaratdı

TQDK apelyasiya komissiyası yaratdı
  21 İyul 2014    Oxunub:750
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyul ayının 20-də ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə bağlı apelyasiya komissiyası yaradıb.
AzVision.az xəbər verir ki, apelyasiya komissiyasına müraciət etmək istəyənlər iyul ayının 21-də saat 10-dan 17-dək şəxsiyyət vəsiqələri ilə TQDK-ya müraciət edə bilərlər.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti