Sevgiyə görə qanunu pozdu

Sevgiyə görə qanunu pozdu
  21 İyul 2014    Oxunub:1075
Bakı İstintaq təcridxanasına üz kreminin içində mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan şəxs Çingiz Oktay oğlu Cəfərova nişanlısı vətəndaş Ülviyyə Fəxrəddin qızı Qədirovanın gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı "Arko" üz kreminin içərisinə kustar üsulla yerləşdirilmiş işlək vəziyyətdə, daxilində danışıq kartı olmayan1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Çingiz Cəfərov Cinayət Məcəlləsinin 206.4; 234.4.1 və 234.4.3 maddələrinə əsasən həbs olunub.
Fakt üzrə araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti