Yol polisini maşın vurdu

Yol polisini maşın vurdu
  21 İyul 2014    Oxunub:848
Bakının mərkəzində yol polisini maşın vurub.
AzVision.az xəbər verir ki, xidmət zamanı yol polisini vuran maşın elə gəldiyi sürətlə də ərazidən qaçıb.

Hadisə Səbail rayonunda, Zərifə Əliyeva və Rəsul Rza küçələrinin kəsişməsində baş verib. Rayon Polis İdarəsindən verilən məlumata görə, 48 yaşlı Dövlət Yol Polisi İdarəsinin inspektoru Teymur Sonayevi 90 XM 542 dövlət nömrə nişanlı "Hyundai" markalı maşın vurub. Sürücü qəzadan sonra hadisə yerindən uzaqlaşıb.

Yaralı polis əməkdaşı isə Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb.

/milli.az/


Teqlər:





Xəbər lenti