İki ölkə Azərbaycandan yardım istədi

İki ölkə Azərbaycandan yardım istədi
  21 İyul 2014    Oxunub:767
Xarici İşlər Nazirliyinin (XİN) nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi Brüsseldə keçirilmiş beynəlxalq donor konfransında təmsil olunub.
XİN-dən AzVision.az-a verilən məlumata görə, nazirliyin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) Brüsseldə keçirilmiş beynəlxalq donor konfransında təmsil olunub.

AİDA cari ilin may ayında Serbiya, Bosniya və Herseqovinada baş vermiş təbii fəlakətlə əlaqədar Avropa İttifaqı, Fransa və Sloveniyanın təşəbbüsü ilə 16 iyul 2014-cü il tarixində Brüssel şəhərində keçirilmiş beynəlxalq donor konfransında təmsil olunub.

Tədbirdə çıxış edən AIDA-nın rəisi Əşrəf Şıxəliyev baş vermiş təbii fəlakətin region ölkələrinə vurduğu zərəri və beynəlxalq ictimaiyyətin birgə səylərinə ehtiyac duyulduğunu nəzərə alaraq, yeni donor ölkəsi olaraq, Azərbaycanın Serbiya və Bosniya və Herseqovinaya təcili humanitar yardım göndərdiyi barəsində məlumat verib.

O, fəlakətdən əziyyət çəkən ölkələrin əlavə humanitar yardımın göstərilməsi üçün Azərbaycan Respublikasına müraciət etdiyini qeyd edərək, hal-hazırda həmin müraciətlərin baxılmaqda olduğunu qeyd edib.


Teqlər:  





Xəbər lenti