Yeni komitə sədrinin BİOQRAFİYASI

O, 1954-cü il yanvarın 7-də Şəmkir rayonunun Koltəhnəli kəndində anadan olub.
Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Tarix elmləri namizədi, dosentdir.
1978-ci ildən Şəmkir rayon Koltəhnəli kənd orta məktəbində müəllim işləyib.
1985-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdiri, prorektor vəzifələrində çalışıb. Hazırda həmin universitetin dosentidir.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın icra katibinin müavinidir.
Birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2010-cu il noyabrın 7-də yenidən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür.
Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvü və komitə sədrinin müavinidir.
Evlidir, 2 övladı var.
AzVision.az
Teqlər: