Ərdoğan İlham Əliyevə zəng edib

 Ərdoğan İlham Əliyevə zəng edib
  08 Yanvar 2025    Oxunub:479
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
AzVision.az xəbər verir ki, telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edəcəyini vurğulayıb. Türkiyə Prezidenti ölkəsinin Cənubi Qafqaz regionunda davamlı sülhün əldə edilməsinə tam dəstək göstərdiyini deyərək, hər zaman Azərbaycanın yanında olmağa davam edəcəyini bildirib.

Prezident İlham Əliyev də öz növbəsində Azərbaycan-Türkiyə qardaşlıq, dostluq və strateji müttəfiqlik münasibətlərinin “Bir millət, iki dövlət” prinsipi ilə inkişaf etdiyini deyib, ölkələrimizin hər zaman bir-birinin yanında olduqlarını vurğulayıb.

Telefon söhbəti zamanı 2025-ci ildə iki qardaş ölkə arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Həmçinin dövlət başçıları təmasların davam etdirilməsi məsələsini qeyd ediblər.

AzVision.az





Teqlər:





Xəbər lenti