Bildirirlər ki, maşının sürücüsü də artıq onların əlindədir.
ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə apa-ya açıqlamasında bildirib ki, bu məlumat həqiqətəuyğun deyil.
“ARDNŞ qəti şəkildə bəyan edir ki, Suriyada heç bir yanacaqdoldurma şəbəkəsi mövcud deyil. Fotoda əks olunan avtomobilin də SOCAR-a heç bir aidiyyəti yoxdur. Maşının nömrə nişanı da şübhəlidir. Belə hallar əvvəllər də olub. O vaxt da bildirilmişdi ki, ayrı-ayrı qruplaşmalar zaman-zaman öz məqsədləri üçün tanınmış şirkətlərin, o cümlədən, SOCAR-ın brendlərindən istifadə edirlər. Son fotoların yayılması da növbəti belə cəhdlərdən biri kimi qiymətləndirilməlidir”, - deyə N. Quliyev vurğulayıb.
Saxlanılan maşının fotolarını təqdim edirik:


Sevinc İltifatqızı