Sabah 38 dərəcə isti olacaq

AzVision.az-ın məlumatına görə, iyulun 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şimal-qərb küləyi əsəcək, külək günün ikinci yarısında mülayimləşəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 30-35 dərəcə isti olacaq.
Azərbaycanın əksər rayonlarında iyulun 23-də əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlıq və dağətəyi rayonlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.
AzVision.az