DİN-dən yanğınla bağlı açıqlama

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iyulun 21-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki ticarət mərkəzində yerləşən 8 mağazada yanğın baş verib.
Nəticədə, 96 kvm sahəsdə mağazaların yanar konstruksiyaları və oradakı əşyalar yanıb, xəsarət alan olmayıb.
Qeyd edək ki, iyulun 21-də səhər "Sədərək" ticarət yarmarkasında yanğın baş verib. İlkin məlumata görə, hadisə elektrik naqillərindəki qısaqapanma nəticəsində baş verib.
AzVision.az