AZAL Bişkekə aviareys açır

AZAL Bişkekə aviareys açır
  23 İyul 2014    Oxunub:932
Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin təyyarələri oktyabrın 26-dan Bakı-Bişkek-Bakı marşrutu üzrə birbaşa aviareyslərin yerinə yetirilməsinə başlayacaq.

AzVision.az AZAL-ın rəsmi saytına istinadən xəbər verir ki, aviareyslər çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək.

Təyyarə çərşənbə axşamı Bakıdan yerli vaxtla saat 20:20-də, bazar günləri isə 10:10-da yerinə yetiriləcək.Noyabrın 3-dən AZAL Həştərxana reysləri bərpa edəcək, uçuşlar bazar ertəsi həyata keçiriləcək.Təyyarə Bakıdan yerli vaxtla saat 19:00-da uçacaq, ertəsi gün saat 05:35-də isə paytaxta qayıdacaq. Yeni aviareyslər barədə tam məlumatın olmaması səbəbindən aviabiletlərin qiyməti göstərilmir.

Bu arada əlavə edək ki, AZAL İsrailə aviauçuşları dayandırmayıb,
İsrailə aviareyslərin yerinə yetirilməsi davam etdirilir.

Qeyd edək ki, ABŞ, Almaniya, Fransa, Avstriya, İsveçrə, Türkiyə və Rusiya aviaşirkətləri İsrailə uçuşları qeyri-müəyyən müddətə dayandırıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti