Dövlət qoruğunda narkotik bitki

22 iyul 2014-cü il tarixində daxil olmuş operativ məlumat əsasında ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin və Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları Qoruq ərazisində operativ reyd keçirib.
Reyd zamanı Qoruğun Gərəkli sahəsinin 8 saylı dolayında ölçüləri 4x4 metr və 10x6 metr olan sahələrdə narkotik xassəli çətənə bitkisi olduğu güman edilən 134 ədəd bitkinin naməlum şəxslər tərəfindən qanunsuz olaraq əkilib-becərilməsi faktı aşkar edilib.
Eyni zamanda sözügedən ərazidə Nazirliyin əməkdaşları tərəfindən 1 ədəd çadır aşkarlanaraq ərazini sürətlə tərk edən bir nəfərin fotoşəkli çəkilib. Dərhal hadisə barədə Balakən rayon Polis Şöbəsi məlumatlandırılaraq götürülmüş materiallar onlara təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.