Sabahdan ixtisas seçimi başlayır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ixtisas seçiminə kömək məqsədilə hər bir ixtisas qrupunun abituriyentləri üçün «İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?» adlı vəsaitlər çap edib.
Vəsaitlərdə hər bir ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri, müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanmasına dair məlumatlar təqdim olunub.
Xatırladaq ki, abituriyentlərin ixtisas seçimi zamanı düzgün istiqamət götürmələrinə kömək məqsədilə ali və orta ixtisas təhsili müəssisələrinə ötənilki qəbul imtahanlarında formalaşmış keçid balları haqqında məlumatlar ayrıca vəsaitlərdə çap olunub.
Qeyd olunan vəsaitləri TQDK-nın binası qarşısındakı "Abituriyent" köşkündən almaq olar, vəsaitləri həmçinin elektron formatda (pdf) https://azvision.az/redirect.php?url=http://eservices.tqdk.gov.az/ejurnal linkinə keçərək əldə etmək mümkündür.
TQDK-nın nəşrlərinin elektron versiyalarının satışı sistemi - Qeydiyyat və sistemə daxil olma
eservices.tqdk.gov.az
Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi avqustun 8-dən 13-dək aparılacaq. İxtisas seçimində ümumi balı 100-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. İxtisas seçimi ilə bağlı ətraflı məlumat 5 saylı "Abituriyent" jurnalında təqdim olunub
Teqlər: