Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı cinayət işi

Məlumata əsasən, 46 yaşlı Şahbaz Cəlal oğlu Quliyev və 54 yaşlı Dilqəm Qardaşxan oğlu Əsgərov “qanunsuz silah gəzdirmə”, “adam oğurluğu”, “qəsdən adam öldürmə” maddələri ilə ittiham olunub.
Xatırladaq ki, iyulun 11-də işğal altında olan Kəlbəcər rayonunda azərbaycanlılar girov götürülüb. Onlar Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov olublar. Ermənilər Dilqəm və Şahbazı girov götürüblər, Həsən barədə isə heç bir məlumat verilməyib.
Bəzi mətbuat orqanlarında H.Həsənovun ermənilər tərəfindən öldürüldüyü bildirilsə də Ermənistanın müdafiə naziri Seyran Ohanyan sadəcə azərbaycanlı "diversant" adlandırdığı qrupun ələ keçirildiyini deyirdi.
Eldar Tanrıverdiyev
Teqlər: