
Bu vəsaitin böyük hissəsi 2018-ci ildən sonra ayrılıb. Belə ki, 2017-ci ildə Ermənistan cəmi bir-iki milyon dollar almışdısa, 2023-cü ildə bu məbləğ 110 milyon dolları keçib (maksimum hədd ildə 120 milyon dollardır - red.). Vəsaitlərin əksəriyyəti "98.001" ("xarici proqramlar üçün yardım") kodu ilə işlənir.

İki tip maliyyələşdirmə strukturu var: (1) ödənişli müqavilələr (məsələn, sosial sorğular) və (2) qrantlar (məsələn, QHT-lərin maliyyələşdirilməsi). Müqavilələrin və qrantların özləri podratçı tərəfindən aşağı zəncirlə - subpodratçılar və subqrantlara (xüsusi ekspertlərin maliyyələşdirilməsi və s.) bölünə bilər.
Belə məlum olub ki, heç də bütün qrantlar Ermənistan daxilində ayrılmayıb, ABŞ-nin özündə ödənilib, sonradan subqrant kimi İrəvana yönləndirilib. Beləliklə, anomaliya baş verib - ayrılan qrantların sayı subqrantların sayından az olub.
Məsələn, highgov.com saytı 2018-ci ildə subqrantlara 19,9 milyon dollar ayrıldığını üzə çıxarıb ki, bu da Ermənistanda 2018-ci ilin qrant proqramında nəzərdə tutulandan çoxdur. Ermənistanda iddia edirlər ki, nə 2018-ci il inqilabından əvvəl, nə də sonra belə bir anomaliya müşahidə edilməyib.
-1739109563.jpg)
Bu onunla izah oluna bilər ki, Qərb QHT-ləri Ermənistana subqantlar (bannerlər, qidalanma, avtobuslar, qonaqlarından dəvət xərcləri və.s) səviyyəsində külli miqdarda pulu çevriliş məqsədilə axıdıblar.
ABŞ-ın keçmiş səfiri Riçard Mils özü iddia edib ki, ABŞ -nin Ermənistandakı səfirliyinin 20 il ərzində bütün fəaliyyəti inqilaba yönəlib: “Son 20 ildə ABŞ hökuməti, ABŞ səfirliyi və Aİ tərəfindən Ermənistanda vətəndaş cəmiyyətinin dəstəklənməsi və inkişafı üçün göndərilən yardımlar bir təməl rolunu oynadı, bu istiqamətdə başladılan dialoq və müzakirələr 2018-ci ilin aprel-may hadisələri ilə nəticələndi”.
Səbinə Həsənova
AzVision.az