Finlandiya Rusiya sərhəddində 3000 hərbçi ilə təlim keçirəcək

Finlandiya Rusiya sərhəddində 3000 hərbçi ilə təlim keçirəcək
  10 Fevral 2025    Oxunub:378
Finlandiya fevralın sonunda 3000-ə yaxın əsgərin iştirakı ilə bir sıra təlimlər keçirəcək.
AzVision.az xəbər verir ki, bu barədə Finlandiya quru qoşunlarının mətbuat xidməti məlumat yayıb.

Ümumilikdə altı təlimdə 3000-ə yaxın çağırışçı, ehtiyatda olan və müdafiə qüvvələrinin hərbi qulluqçusu, o cümlədən 400-dən çox texnikası iştirak edəcək.

Beləliklə, Şimal Daşı təlimləri fevralın 21-dən 28-dək Kuopio və Siilinjarvidə, Karelian Daşı 25 isə martın 3-dən 7-dək keçiriləcək. Ən sonda qoşunlar Rusiya Federasiyası ilə həmsərhəd olan Kymenlaakso bölgəsinə gələcəklər.

AzVision.az



Teqlər:





Xəbər lenti