FHN 3 nəfəri ölümdən qurtardı

FHN 3 nəfəri ölümdən qurtardı
  26 İyul 2014    Oxunub:948
Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, “Bilgəh” sularda xilasetmə məntəqəsi ərazisində 1 nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmiş və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 17:40-da başa çatıb.

Nazirliyə daxil olan digər məlumata görə, “Lökbatan” sularda xilasetmə məntəqəsi ərazisində 2 nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib. Vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 18:40-da başa çatıb.


Teqlər:  





Xəbər lenti