Bir dəfəyə bir fikir: Beynimiz çox ləng işləyir
// Səbəb nədir və gələcəkdə hansı problem yarana bilər

- Bu həddindən artıq azdır,- araşdırmaya rəhbərlik edən professor Markus Meyste r (Markus Meister) bildirib,- Biz hər an trilyon bit informasiyanın cəmi 10 bitini emal edirik. Ətraf dünyanı bu cüzi informasiyanın köməyilə qavrayır və qərarlar veririk. Maraqlıdır: beynimiz məhz həmin 10 bit informasiyanı nəyin əsasında seçir?
İnsanın beynində 85 milyard neyron var. Onların 1/3-i beyin qabığında yerləşib və düşüncə prosesini təmin edir. Qalan neyronlar işə qoşulsa, bir saniyə ərzində emal edilən informasiyanın həcmi 10 bitdən xeyli artıq ola bilər. Amma nəyə görəsə, bu baş vermir.
Niyə beynimiz hər dəfə ancaq bir fikrin üzərində işləyir? Tədqiqatçıların fikrincə, bu, beynin keçdiyi təkamülün xarakterilə bağlıdır. Canlılarda beyin yeni yarananda əsas funksiyası naviqasiya olub. Primitiv beyin ibtidai sahiblərinə qida tapmaq və düşmənlərdən gizlənmək üçün yol göstərməli idi. Aydındır ki, bir dəfəyə ancaq bir yolla getmək mümkündür. Həmin primitiv sistemlərin təkamülü yolu ilə yaranan müasir beyin xeyli mürəkkəb olsa da, mahiyyətcə eyni işi görür. Axı mahiyyətcə insanın fikirləşmə prosesi də mücərrəd konsepsiyalar məkanında yol tapmaqdan başqa bir şey deyil. Yəni beyin yenə də elə həmin ibtidai naviqator funksiyasını yerinə yetirir, sadəcə, abstrakt məkanda. Ona görə, alimlər belə düşünürlər ki, beynin bir takt ərzində ancaq bir fikri işləyə bilməsi onun arxitekturası ilə bağlıdır.
İlk beynin əmələ gəldiyi canlılar sağ qala bilmək üçün proseslərin çox ləng getdiyi ekoloji mühitləri seçirdilər. Həmin mühitdə saniyədə 10 bit informasiyanın emalı tamamilə bəs edirdi.
Bu məlumat insan beynini kompüterə qoşmaq üçün çalışan mütəxəssisləri düşünməyə məcbur edib. Çünki gələcəkdə yüksək sürətli neyrointerfeys saniyədə cəmi 10 bit informasiyanı emal edən beyinlə calaşsa, son dərəcə ləng işləməli olacaq.
Tariyel Həsənov
AzVision.az