XİN-dən çağırış: Ermənistan məsuluyyətə cəlb olunsun!

   XİN-dən çağırış:  Ermənistan məsuluyyətə cəlb olunsun!
  06 Aprel 2025    Oxunub:588
Azərbaycan Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə qəsdən mane olan Ermənistanı məsuliyyətə cəlb etməyə çağırıb.
Bu barədə XİN-nin X hesabında paylaşım edilib.

Qeyd olunub ki, bu gün növbəti mina partlayışları nəticəsində azyaşlı uşaqlar da daxil olmaqla, 4 Azərbaycan vətəndaşı ağır xəsarət alıb: “2020-ci il müharibəsi başlayandan bəri mina partlayışları nəticəsində 392 nəfər ölüb və ya yaralanıb. Biz beynəlxalq ictimaiyyəti Azərbaycanın minatəmizləmə səylərinə qəsdən mane olmasına, günahsız insanların həyatını təhlükə altına atmağa davam etməsinə, münaqişədən sonrakı bərpaya mane olan genişmiqyaslı minalarla çirklənməyə görə Ermənistanı məsuliyyətə cəlb etməyə çağırırıq”.

AzVision.az



Teqlər:





Xəbər lenti