“Çin ABŞ Hərbi Hava qüvvələrinin (HHQ) yeni nəsil donanmasının əsasını təşkil edəcək qırıcı təyyarənin açarı olan nadir torpaq metallarına ixrac məhdudiyyətləri qoyub. Tramp “F-47” qırıcısını “F-22 Raptor”-un varisi kimi tərifləyir. Bununla belə, qırıcı təyyarələrin yaradılması layihəsi olan Next Generation Air Dominance (NGAD) proqramının həyat qabiliyyəti əsasən Çinin istehsal etdiyi materiallardan asılıdır”, - qəzet vurğulayır.
Qəzet bildirir ki, söhbət samarium, qadolinium, terbium, disprosium, lutesium, skandium və ittrium kimi yüngül və ağır nadir torpaq metallarından gedir. Məsələn, itrium yüksək tezlikli radar sistemləri və yüksək dəqiqlikli lazerlər üçün vacibdir və o, həmçinin uçuş zamanı döyüş təyyarəsi mühərriklərinin əriməsinin qarşısını alır.
- Tramp Çinə tariflərin tətbiqini davam etdirsə, ABŞ-nin texnologiya şirkətlərinin ehtiyac duyduğu litium və nadir torpaq elementlərini əldə gətrimək çətinləşə bilər”, - bundan əvvəl “Associated Press” agentliyi bildirmişdi.
![]() |
Pekin Avropaya Trampa qarşı birləşməyi təkilf edir |
Xatırladaq ki, aprelin 2-dən Donald Trampın başladığı “tariflər savaşı” nəticəsində ABŞ ilə Pekin arasında rüsumlar qarşıdurması, demək olar ki, pik həddə çatıb. Hazırda hər iki tərəfin bir-birinin idxal mallarına tətbiq etdikləri rüsumalr müvafiq qaydada 145% və 125% faizə qədər qaldırılıb.
Sahil İsgəndərov
AzVision.az