Azərbaycanda yenə meşə yandı

Azərbaycanda yenə meşə yandı
  30 İyul 2014    Oxunub:1107
Ötən gün gecə saatlarında Qax rayonu, Alatəmir kəndində meşə torpaqları ilə sərhəddə yerləşən kənd bələdiyyəsinə məxsus ərazidə yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, dərhal əraziyə cəlb olunmuş Qax Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının birgə səyləri nəticəsində yanğının qarşısı tam alınaraq meşə torpaqlarına keçməsinə imkan verilməyib.

Hadisə nəticəsində biçilmiş taxıl sahələri və kol örtüyünə ziyan dəyib.


Teqlər:  





Xəbər lenti