İstirahət mərkəzi və meşə yandı

İstirahət mərkəzi və meşə yandı
  31 İyul 2014    Oxunub:1079
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Cəlilabad rayonu, Ağdaş kəndində Göytəpə Meşəbəyliyinin ərazisində 2 ha sahədə kol-kos və ağaclar yanıb. Meşə ərazisi yanğından mühafizə olunub. Yanğın saat 01:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər bir yanğın hadisəsi isə Naftalan şəhərində baş verib. Belə ki, ümumi sahəsi 325 kv.m olan hal-hazırda fəaliyyət göstərməyən istirahət mərkəzinin yanar konstruksiyaları 290 kv.m sahədə yanıb. Mərkəzin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:





Xəbər lenti