
Hüseyn Quliyev müasir Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib. Səfir bildirib ki, Ulu Öndərin dövlət təhlükəsizlik orqanları, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, nəhayət, müstəqil Azərbaycan Respublikasının Prezidenti vəzifələrində çalışdığı müddətlərdə ölkəmizin inkişafı və tərəqqisi istiqamətində göstərdiyi xüsusi xidmətlər heç zaman unudulmayacaq.

Səfir bildirib ki, müasir dövrdə Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlərin əsası Ümummilli Lider Heydər Əliyev və Özbəkistanın birinci Prezidenti İslam Kərimov tərəfindən qoyulub. Bu gün bu səmimi dostluq münasibətləri Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistanın dövlət başçıları Şavkat Mirziyoyev tərəfindən uğurla davam etdirilir.
AzVision.az