Şəhid hərbçilər torpağa tapşırıldı

Şəhid hərbçilər torpağa tapşırıldı
  02 Avqust 2014    Oxunub:2648
Ötən gün cəbhə xəttində baş verən atışmada şəhid olan əsgər Əli Fətulla oğlu Rəhimov doğulduğu Masallı rayonuna torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri də iştirak ediblər.

Bu gün həmçinin düşmənin qətlə yetirdiyi Xaçmaz rayonundan hərbi xidmətə çağırılmış Mustafa Coşqunov da doğulduğu Yeni Həyat qəsəbəsində dəfn olunub.

Digər şəhid hərbçi Quba rayonundan hərbi qulluğa çağırılmış Elnur İbrahimov doğulduğu torpaqda dəfn olunub.

Qeyd edək ki, ermənilərin hücumi nəticəsində Azərbaycan Ordusunun 8 zabiti dünyasını dəyişib.

AzVision.az


Teqlər:  





Xəbər lenti