Dəhşətli qətlin üstü açıldı - FOTO
Çox keçməyib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları bu ağır cinayəti törətməkdə şübhəli bilinən şəxsin izinə düşüb. Xətai rayon sakini, 55 yaşlı Eyvaz İbrahimov şübhəli şəxs qismində saxlanılıb və tutarlı dəlil sübutlar qarşısında əməlini etiraf edib.
Eyvaz İbrahimov bildirib ki, ev alqı-satqısı ilə məşğul olduğu zaman Gülnarə Zamanova ilə tanış olub. Onun evinin satılmasına kömək edib və bir neçə ay sonra ondan borc pul alıb. Lakin Gülnarə Zamanova bir müddət keçdikdən sonra pulu yüksək faizli sələmlə geri tələb edib. Aralarındakı münaqişə də elə burdan başlayıb.
Hadisə baş verən gün Gülnarə Zamanova yenidən Eyvaz İbrahimova zəng vuraraq pulu tələb edib və evə çağırıb. Evdə Eyvaz İbrahimovla qadın arasında mübahisə yaranıb. Bu zaman Eyvaz daimi üstündə gəzdirdiyi bıçaqla Gülnarə Zamanovanı çoxsaylı zərbələrlə öldürüb. Bundan sonra evin qapısını açarla bağlayaraq hadisə yerindən qaçıb.
Faktla bağlı qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.
AzVision.az