İnək nazirliyi ayağa qaldırdı

İnək nazirliyi ayağa qaldırdı
  04 Avqust 2014    Oxunub:2124
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Lənkəran şəhərində sahibi məlum olmayan inək Xanbulan su hövzəsinə düşüb və hərəkətsiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, iribuynuzlu heyvan su hövzəsində palçıqlı əraziyə düşüb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə inəyi su hövzəsinin ətrafında olan palçıqlıqdan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Xilasetmə əməliyyatı saat 15:20-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti