Bu gün yağış yağacaq

Bu gün yağış yağacaq
  04 Avqust 2014    Oxunub:1574
Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Temperaturun gecə 20-25° isti, gündüz 30-35° isti, Bakıda gecə 22-24° isti, gündüz 31-33° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı - 757 mm civə sütunundan 753 mm civə sütununa enəcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26° isti, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 26-27° isti, Türkan, Hövsan, Şıx, Sahildə 27-28° isti təşkil edəcək.

Azərbaycan rayonlarında əsasən hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Temperaturun gecə 18-23° isti, gündüz 32-37° isti olacağı gözlənilir, dağlarda gecə 14-19° isti, gündüz 23-28° isti olacağı gözlənilir.


Teqlər:





Xəbər lenti