Gənclər dünyaya müraciət etdi

Gənclər dünyaya müraciət etdi
  04 Avqust 2014    Oxunub:2026
“Demokratik İslahatçı Gənclər” İctimai Birliyi son günlər Azərbaycan-Ermənistan sərhəddində, Ermənistan silahlı qüvvələrinin ümumiyyətlə qoşunlarının təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq Silahlı Qüvvələrimizin mövqelərinə basqın etmələri ilə bağlı beynəlxalq təşkilatlara, Avropa Parlamentinin yeni seçilmış millət vəkillərinə, beynəlxalq qeyri-hökumət təşkilatlarına, bir sıra dünya dövlətlərinin parlamentinə bəyanat ünvanlayıb.

Təşkilatdan verilən məlumata görə, bəyanatda son günlər qoşunların təmas xəttində baş verən hadisələrə beynəlxalq qurumların laqeyd münasibəti qeyd olunaraq, onları ikili standartlara son qoymağa çağırılır : "Biz təssuflə bildiririk ki, 20 ildən artıq bir müddətdə bir sıra beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü işğal etməsi faktı etiraf edilsə də, bu günə kimi işğalçı dövlət heç bir sanksiyaya məruz qalmayıb. Bu isə, beynəlxalq təşkilatların ikili standart yürütməsindən xəbər verir”.

Bəyanatda qeyd edilib ki, bu gün baş verənlər fonunda beynəlxalq təşkilatların nə özləri, nə də bəyanatları eşidilmir: “ Biz sizlərdən cəbhədə şəhid olan gənc əsgərlərin hüquqlarının müdafiəsini tələb edirik. Eyni zamanda, 20 ildən çox müddətdə məcburi köçkün həyatı yaşamağa məhkum olmuş gənclərimizin hüquqlarının müdafiəsinə ədalətlı yanaşmanızı istəyirik”.

Bəyanatın sonunda vurğulanır ki, biz - müharibə şəraitində yaşayan gənclər olaraq, dünyada baş verən bütün müharibələrin əleyhinəyik, bununla yanaşı Ermənistan Respublikası tərəfindən regionda aparılan müharibə nəticəsində stabilliyin pozulması zamanı Azərbaycan gəncləri olaraq hər zaman torpaqlarımızın müdafiəsinə və hüquqlarımızın bərpasına hazırıq.



Teqlər:  





Xəbər lenti