Gəncədə gənclərlə görüş

Gəncədə gənclərlə görüş
  06 Avqust 2014    Oxunub:1318
Bu gün Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatında gənclərlə növbəti yığıncaq keçirilib.
AzVision.az xəbər verir ki, təşkilatın sədri Naqif Həmzəyev, Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev və fəal gənclərin iştirak etdiyi yığıncağı YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev açaraq bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan “Gənclər siyasəti” hazırda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin sayəsində ölkəmizdə layiqincə həyata keçirilir. Hazırda ölkəmizdə gənclər üçün hər cür şərait yaradılıb. Məhz bunun sayəsində Azərbaycan gəncliyi cəmiyyətin bütün sferalarında fəallığı ilə seçilir. Azərbaycan gəncliyi dövlətə, dövlətçiliyə sadiqdir. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin də məqsədi dövlətini, xalqını sevən, ona sadiq olan gəncləri bir araya gətirərək, onların sosial-iqtisadi, elmi-mədəni sahələrdə inkişafını təmin etməkdir. Hər il təşkil olunan “Gənc liderlər” gənc siyasətçilər üçün yay məktəbləri YAP üzvü olan fəal gənclərin bir araya gələrək yeni biliklər, dünyagörüşü, yeni dostlar qazanmaları üçün əla fürsətdir. Bu il YAP Gəncə şəhər Təşkilatından 25 nəfər gənc “Yay məktəbi”nə qatılıb və onların hər biri xoş təəssüratlarla geri dönüblər.

2007-ci ildən başlayaraq ənənəvi hal alan və Gəncə gənclərinin də fəal iştirak etdiyi “Yay məktəbi” layihəsi gənclərin hərtərəfli inkişafında, siyasi dünyagörüşünün, həmrəylik və birlik zəminində işgüzar münasibətlərinin formalaşmasında mühüm əhəmiyyət kəsb edir.


Teqlər:





Xəbər lenti