Tanınmış klarnet ustası özünü asdı

Tanınmış klarnet ustası özünü asdı
  07 Avqust 2014    Oxunub:3500
Şamaxı rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə Şamaxı şəhərinin Məhəmməd Hadi küçəsindəki beşmərtəbəli binanın damında qeydə alınıb. Binanın 5-ci mərtəbəsindəki 48 saylı mənzildə yaşayan - 1973-cü il təvəllüdlü Mirzəyev Cahid Ağasəməd oğlu binanın damında elektrik naqili ilə özünü asaraq intihar edib. Toy mərasimlərində iştirak edən və Şamaxının tanınmış klarnet ustası olan Cahid Mirzəyevin bu gün 41 yaşı tamam olub. Onun doğum günü özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil. Məlumata görə, o əvvəllər ailəli olub və boşanıb, övladı yoxdur. Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti