Nazirlikdən dənizə gedənlərə xəbərdarlıq

Nazirlikdən dənizə gedənlərə xəbərdarlıq
  07 Avqust 2014    Oxunub:2446
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 8-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi arabir güclənəcək.

Hava küləkli olduğundan Bakı çimərliklərində ehtiyatlı olmaq tövsiyə edilir.

Həftənin sonuna kimi Abşeron yarımadasında gözlənilən küləkli hava şəraiti isti diskomfort temperatur fonunda müsbət amildir.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 22-27, gündüz 31-36 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, lokal qısamüddətli az yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq.


Teqlər:





Xəbər lenti