Əsgərlərdən biri ayaqlarını itirib
Türkiyənin Səhiyyə Nazirliyinin rəsmisi Osman Arıkan Nacar jurnalistlərə əsgələrin səhhəti ilə bağlı məlumat verib.
O, bildirib ki, əsgər Ədalət Məmmədovun həyati təhlükəsi davam edir, digər iki nəfərin isə isə vəziyyəti yaxşıdır.
Nazirlik rəsmisi bildirib ki, vəziyyəti yaxşı olmayan Ə. Məmmədov həm də gözünün birini itirib.
Əsgər Sərxan Tahirzadə isə hər iki ayağını itirib. Belə ki, ermənilərin yaraladığı əsgərimizin Azərbaycanda sağ ayağının dizdən yuxarı, sol ayağının isə dizdən aşağı hissəsi kəsilib.
Xəstəxanadan bildiriblər ki, hazırda S.Tahirzadənin ayağındakı yaralar sağaldılır. Bundan sonra isə onun ayağı yenidən əməliyyat oluna bilər.
Qarnından yaralanan 19 yaşlı Elvin Əsgərovun isə vəziyyəti normaldır.
Hazırda hər üç xəstənin müalicəsinə başlanılıb.
Sevinc İltifatqızı







Vaxtında, Aydın, Lazımlı!


