Bakıda silahlı basqın: biznesmen yaralandı

Bakıda silahlı basqın: biznesmen yaralandı
  10 Avqust 2014    Oxunub:2981
Bakıda quldurluq hadisəsi baş verib.

AzVision.az xəbər verir ki, Yasamal Rayon Polis İdarəsindən lent.az-a verilən məlumata görə, Şərifzadə küçəsi, 131 ünvanında yerləşən aptekə 2 nəfər naməlum şəxs basqın edib.

Bıçaqla silahlanmış həmin şəxslər aptekin sahibi, 1960-cı il təvəllüdlü Quliyev Orucəli Tapdıq oğlunu vurublar.

Onlar obyekt sahibini bıçaqladıqdan sonra aptekdə axtarış aparıblar və 220 manat pulu götürərək qaçıblar.

Hazırda basqınçıların şəxsiyyətinin müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır.


Teqlər:





Xəbər lenti