FHN 2 nəfəri ölümdən qurtardı

FHN 2 nəfəri ölümdən qurtardı
  10 Avqust 2014    Oxunub:1295
Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda (“Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Əməliyyat saat 12:40-də başa çatıb.

Nazirliyin yaydığı digər məlumata görə, Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Əzizbəyov rayonunda (“Zaqulba 1” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Əməliyyat saat 11:07-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti