12 yaşlı uşaq dənizdə batdı

12 yaşlı uşaq dənizdə batdı
  14 Avqust 2014    Oxunub:1473
Lənkəranda 12 yaşlı uşaq dənizdə batıb.

AzVision.az anspress-ə istinadən xəbər verir ki, hadisə bu gün axşam radələrində baş verib.

Masallı rayon sakini, 12 yaşlı Elşən Akif oğlu Abdullayev Lənkəran şəhərinin “Dəhnə” deyilən ərazisində, dənizin nəzarət olunmayan hissəsində çimərkən boğulub.

Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə məntəqəsinin xilasedicilərinin və yaxınlıqdakı şəxslərin birgə səyləri ilə Elşən Abdullayevin cəsədi batdığı yerdən 150 metr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti