Bu günün hava proqnozu

Bu günün hava proqnozu
  14 Avqust 2014    Oxunub:1308
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Avqustun 13-dən 14-nə keçən gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi günün ikinci yarısında tədricən mülayimləşəcək.

Havanın temperaturunun gecə 24-27, gündüz 30-34 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində olmaqla 761 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında avqustun 14-də əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 21-26, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.


Teqlər:





Xəbər lenti