Xurmadan narkotik çıxdı

Xurmadan narkotik çıxdı
  14 Avqust 2014    Oxunub:1363
Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan həbs edilmiş şəxs Teymur Ağaverdi oğlu Dadaşova qohumu vətəndaş Yaşar Zahid oğlu Hüseynovun gətirdiyi sovqata baxış keçirilən zaman, xurmanın içərisində sellofana bükülərək gizlədilmiş, xalis çəkisi 1.523 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, fakt üzrə araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti