Suriya ordusu Deyr Hafir şəhərini terrorçulardan təmizləyib
Suriya televiziyası bildirib ki, ordu Rəqqa vilayətinə daxil olub və Dəbsı Afnan qəsəbəsinə nəzarəti ələ keçirib.
Qeyd edək ki, Suriya ordusu qeyri-qanuni silahlı birləşmə olan Suriya Demokratik Qüvvələrinə (SDQ) qarşı əməliyyatlarını genişləndirib. Əməliyyatlar SDQ-nin silahlarını təhvil vermələri və vahid Suriya ordusuna inteqrasiyası üzrə keçirilən danışıqların nəticəsiz yekunlaşmasından sonra başlayıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


