İranda 50 dən çox məscid yandırılıb
Materiallarda qeyd olunur ki, “təcili tibbi yardıma hücumlar” zamanı təkcə son üç gün ərzində 180 təcili tibbi yardım avtomobili yandırılıb. Paytaxtda dəyən zərərə gəlincə, Tehranda 26 bank və 25 məscid od vurularaq məhv edilib. “Dini obyektlərə hücumlar” bölməsində isə bildirilir ki, ölkə üzrə ümumilikdə 53 məscid yandırılıb ki, bu da təkcə İran üçün deyil, ümumilikdə müsəlman ölkələri üçün misli görünməmiş haldır.
Səfirliyin məlumatına görə, hadisələr zamanı yaralılara qarşı zorakılıq halları da qeydə alınıb.
Röya Əliyeva
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


