İsrail İranla bağlı 4 tələb irəli sürüb
İsrailin baş naziri Binyamin Netanyahu ilə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında fevralın 3-də Qüdsdə baş tutan görüşün məzmunundan məlumatlı olan mənbənin iddiasına görə, Təl-Əviv gözlənilən ABŞ–İran danışıqları öncəsi bağlı qapılar arxasında 4 tələb irəli sürüb.
“Bu tələblər arasında İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarını başqa ölkəyə təhvil verməsi, Tehranın daha çox nüvə zənginləşdirməsindən imtina etməsi, İranın ballistik raket istehsalını dayandırması və Yaxın Şərqdə İslam Respublikası ilə müttəfiq qüvvələrə maliyyə və təchizatın dayandırılması daxildir”, – telekanalın həmsöhbəti vurğulayıb.
Onun sözlərinə görə, bu şərtləri özündə əks etdirməyən istənilən razılaşma pis sövdələşmədir. İndiki Vaşinqton administrasiyası bütün sahələrdə, xüsusilə də İran məsələsində İsrailə sadiqliyini sübut edib. İsrail isə buna keçmişdə təsir edib və bu dəfə də amerikalıların atmaq qərarına gəldiyi hər addıma təsir göstərməyə davam edəcək.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


