Bakıda qadın lotereyadan 500 000 manat uddu – Video

   Bakıda qadın lotereyadan 500 000 manat uddu –    Video
  25 İyun 2026    Oxunub:369
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”da növbəti dəfə “Poz-Qazan” tarixinin ən böyük uduşu – 500 000 manat “Prestij” lotereyasından qazanılıb.
Uğurlu bilet Bakı sakini Aynurə Həsənovaya nəsib olub. Şanslı qalibə yarım milyonu Zabratda yerləşən OBA marketdən aldığı bir ədəd “Prestij” bileti qazandırıb.
Həyatının ən unudulmaz anlarından birini yaşayan Aynurə xanım sevincini ilk olaraq atası ilə bölüşüb. Onun sözlərinə görə, bu xəbər ailədə böyük coşqu və həyəcanla qarşılanıb.

Hər kəsə şansını sınamağı tövsiyə edən Aynurə xanım udduğu məbləğlə ev alacağını, övladının təhsilinə sərf edəcəyini və bir qismini isə xeyriyyə məqsədilə bağışlayacağını bildirib.

Qiyməti 10 manat olan “Prestij” və “3 də 1 Şans” lotereyasında ən böyük uduş – yarım milyon manat sahiblərini gözləyir.

“Azərlotereya”nın digər “Poz-Qazan” biletlərində də 500 000 manatadək böyük uduşlar şanslı qaliblərini axtarır.
Biletləri “Azərlotereya” satış nöqtələri, “Azərpoçt” şöbələri, “Misli” məntəqələri, Araz və OBA marketləri, eləcə də mağaza və köşklərdən əldə etmək mümkündür.





Teqlər:



Xəbər lenti