ABŞ İrana zərbə endirib

ABŞ İrana zərbə endirib
  27 İyun 2026    Oxunub:271
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazından keçən ticarət gəmisinə edilən son hücuma cavab olaraq iyunun 26-da İrana qarşı hava zərbələri endirdiyini açıqlayıb.
Məlumatda deyilir ki, İran iyunun 25-də “M/V Ever Lovely” gəmisini kamikadze hücum dronu ilə vurduqdan sonra ABŞ təyyarələri İranın raket və pilotsuz təyyarəsaxlama bazasına və sahil radar yerlərinə zərbələr endirib.

"Sinqapur bayrağı altında üzən yük gəmisi İranın hücumuna məruz qaldığı vaxt Oman sahilləri boyunca Hörmüz boğazını tərk edirdi. İran qüvvələrinin ticarət gəmiçiliyinə qarşı əsassız təcavüzü atəşkəsi açıq şəkildə pozub

Bundan başqa, İranın təhlükəli davranışı qlobal ticarət üçün həyati əhəmiyyət daşıyan beynəlxalq dəniz dəhlizində naviqasiya azadlığını da pozub. CENTCOM qüvvələri Hörmüz boğazından keçən ticarət gəmilərinin təhlükəsiz keçidinin koordinasiyasını və təminatını davam etdirir.

ABŞ ordusu İranla əldə olunmuş razılaşmanın bütün müddəalarına tam riayət edilməsini, onun qüvvədə qalmasını və səmərəli icrasını təmin etmək üçün yüksək hazırlıq vəziyyətindədir”, - deyə açıqlamada qeyd olunur.


Teqlər: ABŞ   İran  



Xəbər lenti