"İncə Sənətlə üz-üzə" adlı konsert keçiriləcək

"İncə Sənətlə üz-üzə" adlı konsert keçiriləcək
  01 İyul 2026    Oxunub:221
İyulun 3-də saat 20:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Yay zalında "İncə Sənətlə üz-üzə" adlı konsert proqramı təqdim olunacaq.
AzVision.az xəbər verir ki, konsertdə baş dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Axşamın xüsusi qonağı və solisti Azərbaycan Respublikasının Xalq artisti Murad Hüseynov (fortepiano) olacaq.

Proqramda dünya klassik musiqisinin məşhur əsərləri səsləndiriləcək:

G. Rossini — "Oğru sağsağan "operasına uvertüra;
A. Borodin — "Knyaz İqor" operasından "Qıpçaq rəqsləri" ;
E. Grieg — Piano və orkestr üçün Konsert
G. Gershwin — "Amerikalı Parisdə" simfonik poeması.

Dünya musiqi irsinin parlaq nümunələrini bir araya gətirən konsert proqramı dinləyicilərə yüksək sənət zövqü və unudulmaz musiqi axşamı bəxş edəcək.

Konsertə giriş sərbəstdir.


Teqlər:



Xəbər lenti