Dayverlərimiz yüksək dağ gölündə- FOTOLAR

Dayverlərimiz yüksək dağ gölündə- FOTOLAR
  28 Avqust 2014    Oxunub:2461
Azərbaycan Alpinizm Federasiyasının dayvinq mərkəzi Dolphin Baku Şabran rayonunda yerləşən göllərin birində ilk öz rəsmi yüksək dağ dalmasını həyata keçirib.
Bu barədə AzVision.az-a `Dolphin Baku NDL` dayvinq mərkəzinin təlimatçısı Rauf Zeynalov deyib.

Əsl macəra və eyni zamanda dözümlülük imtahanına çevrilən yürüşdə Dolphin Baku mərkəzinin tələbələri və instruktorları, AAF-nın və Dağ İdman Klubunun üzvləri və Moskvadan gələn qonaqlar iştirak ediblər. Hər iştirakçı özü ilə dalma üçün lazım olan təchizat və avadanlıqları apardığı üçün, çantalarının orta ağırlığı 20 kq-dan da çox olub. Mənzərəli gölə çatan dayverlər qruplara ayrılıb işlərinə başlayıblar. Suda görünmə dərəcəsi 1-2 m, suyun hərarəti isə 23-24 dərəcə təşkil edib. Bəzən hərarət kəskin şəkildə dəyişərək, 10 dərəcə təşkil edibi. 5,5 m dərinliliyində görünmə dərəcəsi 0,0 m təşkil etdiyi üçün, dayverlər gölü nisbətən az dərinlikdə (3-5 m) öyrənməyə qərara alıblar.

Səfərin təssüratları barədə danışan Rauf Zeynalov yürüşdən yüksək əhval ruhiyyə ilə qayıtddıqlarını bildirib.
“Göl olduqca maraqlı idi: dibində xeyli bitki, sularında isə çömçəquyruq, qurbağa və kiçik balıqlar üzürdü. Hər bir dalma seansı 20 dəqiqə çəkirdi. Gölü öyrənəndən sonra iştirakçılarla birlikdə meşədə ayaqseyrinə çıxdıq. Ondan sonra isə artıq Bakıya doğru üz tutduq. Beləliklə də, Dolphin Baku mərkəzinin iştirakçıları bir günlük idman yürüşü və ilk yüksək dağ dalmasını həyata keçirdilər”.

Şahanə RƏHİMLİ

Qalereya




Teqlər:  



Xəbər lenti